İranda həbs olunan AMEA-nın elmi işçisi Xalidə Xalidin azadlığa buraxılması xəbəri ailəsində böyük sevinclə qarşılanıb.
Anasının həbsdən azad olunması xəbərini yenicə eşidən Xalidə Xalidin qızı Ləman Məmmədova Modern.az-a açıqlamasında qulaqlarına inanmadığını bildirib.
“İnanırsınız, mən özüm də elə indi eşitdim. İşdəyəm dəqiq bilmirəm ki, nə baş verib. Təki, bu xəbər də doğru olsun”-deyə L.Məmmədova deyib.
Xalidə Xalidin oğlu Xalid Məmmədli isə anasının azad olunması xəbərini eşitdikdən sonra Azərbaycanın Təbrizki konsulluğu ilə əlaqə saxladığını vurğulayıb.
“Biz də ANS-də baxdıq. Sonra mən Konsulluğa zəng vurdum. Bildirdilər ki, "narahat olmayın, məsələni həll etmişik. Özümüz sizə məlumat verəcəyik". Amma yenə anamın səsini eşitmədən inanmıram”.
ANS-in İran bürosundan verilən məlumata görə, İranda həbs edilən Azərbaycan Milli Elmlər Akademiyasınını elmi işçisi, şəhriyarşünas Xalidə Xalid azadlığa buraxılıb və bu dəqiqələrdə Azərbaycan tərəfinə təhvil verilir.
Xatırladaq ki, aprelin 30 da Təbrizdə saxlanılan Xalidə Xalidin azad olunması ilə bağlı razılıq Bütün Qafqazın şeyxi hacı Allahşükür Paşazadənin İrana səfəri zamanı əldə olunmuşdu. Bunun arxasınca İran xarici işlər nazirinin müavini Abbas Əraqçı açıqlama verərək azərbaycanlıların tez bir zamanda evlərində olacağını demişdi.
Modern.az