Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısının sərəncamına əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin ediliblər.
dövlət orqanlarından:
| ||
Əliyev Vüqar Saydam oğlu |
| Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri
|
Qurbanov Faiq Mirəsədulla oğlu |
| Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi
|
Hümbətov İntiqam Rəsul oğlu |
| Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin baş məsləhətçisi
|
kütləvi informasiya vasitələrindən:
| ||
Məcidov Rəşad Müseyib oğlu |
| “525-ci qəzet”in baş redaktoru |
Rəhimzadə Vüqar Gəncəli oğlu |
| “İki Sahil” qəzetinin baş redaktoru |
Sadıqov Bəxtiyar Yusif oğlu |
| “Azərbaycan” qəzetinin baş redaktoru |
jurnalist təşkilatlarından:
| ||
Amaşov Əflatun Əhməd oğlu |
| Azərbaycan Mətbuat Şurasının sədri |
Ələsgərli Müşfiq Məşi oğlu |
| Jurnalistlərin Həmkarlar İttifaqının sədri |
Mirzəyev Umud Rəhim oğlu |
| Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri. |
***
Prezidentin digər sərəncamı ilə Vüqar Müzəffər oğlu Səfərli yenidən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru təyin edilib.
Modern.az