Modern.az

Əqli Mülkiyyət Agentliyində Ana Dili Günü qeyd edilib

Əqli Mülkiyyət Agentliyində Ana Dili Günü qeyd edilib

Aktual

22 Fevral 2023, 15:28

​21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətiləAzərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) “Dilimiz qürur mənbəyimizdir” adlı tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Qardaş Türkiyədə zəlzələ nəticəsində həyatını itirmiş insanların və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Respublika Elmi-Texniki Kitabxanasının direktor müavini Mübariz Məmmədli Ana dilimizə olan dövlət qayğısından danışıb. Sonra RETK-nın əməkdaşları öz çıxışlarında dilin inkişaf tarixindən, onun qorunmasından bəhs ediblər.

 

“Elmi-Texniki tərəqinin dilimizə təsiri və sıradan çıxan dillər” mövzusundakı çıxış əyani vasitələrlə təqdim edilib.

 

Azərbaycanın qeyri-maddi sərvətlərinin qorunması istiqamətində böyük və əhəmiyyətli işlər görən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi barədə ətraflı söhbət açılıb.

 

Tədbirin sonunda “Dilimiz qürur mənbəyimizdir” adlı videomaterial nümayiş etdirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Xameneinin Paşinyanla görüşü gündəm oldu - Qolu işləmədi