Modern.az

İstanbuldan sonra Ankara da ayağa qalxdı - FOTOLAR

İstanbuldan sonra Ankara da ayağa qalxdı - FOTOLAR

Təhsil

3 İyun 2013, 21:06

Türkiyədə kütləvi etiraz aksiyaları səngimək bilmir. İstanbulda Taksim meydanında günlərdir davam edən qanlı aksiyalardan sonra paytaxt Ankarada da vəziyyət gərginləşib. Bu gün günün ikinci saatında Gəzi parkındakı olayları protesto edən paytaxt sakinləri Baş Nazirliyin binasına doğru yürüş edərkən polislə nümayişçilər arasında qarşıdurma yaranıb. Qızılay meydanında avtomobillərin hərəkəti dayandırılıb.

Siyasi partiya və ictimai təşkilatların nümayəndələrinin çoxluq təşkil etdiyi yürüşdə polis nümayişin qarşısını almaq üçün rezin dəyənəmlərdən və gözyaşadırıcı qazdan istifadə edib. Xeyli sayda aksiya iştirakçısı yaralanıb.


Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama