Türkiyə prezidenti Abdulla Gül müxalifət lideri Kamal Kılıçdaroğlu ilə təcili görüş keçirib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, görüş prezidentin istəyi ilə baş tutub. Çankaya sarayında keçirilən görüşdə Türkiyədə günlərdir davam edən etiraz aksiyaları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdən sonra mətbuata açıqlama verən CHP başqanı Kamal Kılıçdaroğlu prezidentə bəzi təkliflər irəli sürdüyünü bildirib."Görüşdə gənclərin demokratiya və azadlıq tələblərini prezidentə çatdırdım. Bu işdə prezidentin üzərinə böyük məsuliyyət düşür. Mən də öz növbəmdə Abdulla Güldən ölkədəki kritik durumdan qurtulmaq üçün öz vəzifəsini layiqincə yerinə yetirməyi tövsiyyə etdim. Bundan sonra iş hakimiyyətin üzərindədir”-deyə CHP başqanı açıqlamasında qeyd edib.
Modern.az