Modern.az

Bakıda dünya kuboku yarışı keçiriləcək

Bakıda dünya kuboku yarışı keçiriləcək

İdman

23 Fevral 2023, 07:42

Aprelin 21-23-də Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək.

 

Modern.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbərinə görə, ölkəmizin gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi üçüncü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən, 46 ölkədən idmançıların fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacağı gözlənilir.

 

Üç gün ərzində baş tutacaq yarışlarda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

 

Ənənəyə uyğun olaraq, yarışlarda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.

 

Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq onuncu dünya kuboku yarışları olacaq. Xatırladaq ki, Bakı 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır