Modern.az

“Qarabağ” “Gent”lə cavab oyununa çıxır

“Qarabağ” “Gent”lə cavab oyununa çıxır

İdman

23 Fevral 2023, 08:12

Bu gün "Qarabağ" klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

 

Modern.az xəbər verir ki, Ağdam təmsilçisi Belçikada "Gent" komandasının qonağı olacaq.

 

"Gelamko Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçı şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edəcək.

 

Azərbaycan çempionu Bakıdakı ilk görüşdə 1:0 hesablı qələbə qazandığından heç-heçə və ya qalibiyyət komandanı 1/8 finala yüksəldəcək.

 

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunu


23 fevral

 

00:00. "Gent" (Belçika) - "Qarabağ" (Azərbaycan)


Hakimlər: Uilyam Kollam, Frensis Konnor, David Rum, Nikolas Uolş (hamısı Şotlandiya)
VAR hakimləri: Devid Kut, Li Betts (hər ikisi İngiltərə)
İlk oyun - 0:1
Gent, "Gelamko Arena"

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?