Modern.az

Mərkəzi Bankda maliyyə-bank sektoru müzakirə edildi

Mərkəzi Bankda maliyyə-bank sektoru müzakirə edildi

İqtisadiyyat

23 Fevral 2023, 10:45

Azərbaycan Mərkəzi Bankında (AMB) qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri müzakirə edilib.

 

Modern.az xəbər verir ii, bu barədə AMB-nin sədri Taleh Kazımov özünün "Twitter" hesabında yazıb.

 

"Mərkəzi Bankda ölkədə fəaliyyət göstərən banklarının rəhbərləri ilə növbəti görüşümüz oldu. Görüşdə son makroiqtisadi meyillər və proqnozlar, həmçinin 2022-ci il üzrə bank sektorunun yekunlarına dair təqdimatlar keçirildi.

 

Təqdimatlar zamanı qlobal makroiqtisadi proseslər, inflyasiya ,faiz dəhlizinin parametrlərinin pul bazarına təsiri, eyni zamanda bank sektoru üzrə 2022-ci ilin nəticələri, son qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri və digər aktual məsələlər müzakirə edildi", - T. Kazımov qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi