Modern.az

MİQ suallarının çətin olmasına aydınlıq gətirildi 

MİQ suallarının çətin olmasına aydınlıq gətirildi 

Təhsil

23 Fevral 2023, 11:13

Çərçivə suallarının çətin olması ilə bağlı deyilənlər doğrudur.

 

Modern.az xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib. O, sualların çətin olmasına aydınlıq gətirib.

 

“Təkcə ibtidai sinif üzrə çərçivə sualları yox, ümumilikdə MİQ imtahanları çətindir. Nədənsə belə fikir var ki, sualların 20 faizi çətin, 20 faizi asan, digərləri orta asan, orta çətin olmalıdır. Nəzərə almaq lazımdır ki, burada seçim gedir. Müsabiqə böyükdür. İş yerləri üçün yarış gedir. Seçim gedirsə, ən yaxşısı seçilməlidir. Sonra məktəbdə hansısa müəllim zəif bilir, çətin bilir, kimi problemlə üzləşməyək. Qəbul zamanı seçim doğru olmalıdır”,  - deyə direktor bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!