Modern.az

Ermənistan hələ də məhkəmə qərarını təmin etməyib - Nazir müavini

Ermənistan hələ də məhkəmə qərarını təmin etməyib - Nazir müavini

Ölkə

23 Fevral 2023, 11:46

Bildiyimiz kimi, Azərbaycan bir sıra beynəlxalq platformalarda, məhkəmələrdə Ermənistana qarşı dövlətlərarası iddialar qaldırıb. Həmin iddialardan biri 2021-ci ilin sentyabr ayında Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı 1961-ci il İrqi ayrı-seçkiliyin büütün formalarının ləğv edilməsi haqqında Konvensiya əsasında hazırlanıb.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

 

Nazir müavini bildirib ki, həmin ilin sentyabrında Azərbaycan tərəfindən məhkəmə iddiası qaldırılan zaman, həmçinin müvəqqəti tədbirlərə, yəni, iddianın təmin edilməsinə dair məhkəməyə müraciət edilib:

 

"2021-ci ilin oktyabrında məhkəmə tərəfindən həmin müraciətə və vəsatətə baxılıb, həmin ilin dekabrında Ermənistana qarşı həmin vəsatətlərdən biri - azərbaycanlılara qarşı Ermənistanda etnik nifrəti təşviq edən şəxslərin saxlanılması və qruplaşmaların, təşkilatların fəaliyyətinin dayandırılması, bunun qarşısının alınması haqqında vəsatət təmin edilib. Lakin Ermənistan tərəfi bu günədək həmin qərarı yerinə yetirməyib".

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım