Modern.az

DİM-dən sualların çətin olması ilə bağlı iddialara REAKSİYA

DİM-dən sualların çətin olması ilə bağlı iddialara REAKSİYA

Təhsil

23 Fevral 2023, 13:30

Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri təhlil olunur.


Bunu Modern.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) ictimaiyyətlər əlaqələri şöbəsinin sədri Xanlar Xanlarzadə magistratura imtahanının test suallarının çətin olması ilə bağlı iddialara münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, bir neçə nəfərin fikri ilə hansısa qənaətə gəlmək olmaz: "Böyük ehtimalla nəticələrin təhlili gələn həftənin birinci günü məlum olacaq".

 

DİM rəsmisi bildirib ki, nəticələr təhlil olunduqdan sonra sualların çətin olub-olmadığı barədə fikir bildirmək mümkündür.

 

Qeyd edək ki, fevralın 21-də Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb. Rəsmi məlumatda bildirilib ki, imtahanda iştirak etmək üçün 18 724 bakalavr qeydiyyatdan keçib, onlardan 255 nəfəri imtahana gəlməyib. Bakalavrlardan biri 100 bal toplamaqla mümkün olan ən yüksək nəticəni göstərib. Bakalavrların bəziləri test imtahanının nəticələrindən razı qalsa da, suallın çətin olmasından şikayətlənənlər də az deyil. Bununla bağlı sosial şəbəkələrdə çoxsaylı tənqidlərə rast gəlmək olar. 

 

Aytac Əsədova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü