Azərbaycanın xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktrisası Solmaz Qurbanova 74 yaşında dünyasını dəyişib.
Modern.az-ın məlumatına görə, uzun zamandır xəstəlikdən əziyət çəkən xalq artisti bu gün səhər saatlarında vəfat edib.
Qeyd edək ki, 1939-cu ildə dünyaya göz açan Solmaz Qurbanova sənətə 1955-ci ildən Azərbaycan Gənc Tamaşaçılar Teatrından fəaliyyətə başlayıb. Aktrisa bir çox teatr səhnələrində canlandırdığı obrazları ilə yadda qalıb.
Modern.az