Modern.az

ABŞ-ın nüvə obyektində YANĞIN

ABŞ-ın nüvə obyektində YANĞIN

23 Fevral 2023, 14:30

ABŞ-ın Tennessi ştatında yerləşən Y-12 Daxili Təhlükəsizlik Mərkəzində yanğın baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzin mətbuat xidməti "Twitter"də məlumat yayıb.

 

Yanğın istehsalat sexlərindən birində olub. İşçi heyəti təxliyə edilib. Yanğın fövqəladə hallar xidmətlərinin dəstəyi ilə tam söndürülüb. Ölən və yaralananlar olmayıb. Radiasiya emissiyaları da qeydə alınmayıb.

 

Y-12 milli təhlükəsizlik kompleksi ABŞ-ın “Manhetten layihəsi” nüvə silahı proqramının bir hissəsi kimi yaradılıb. Kompleksin sexlərində nüvə silahı üçün komponentlər hazırlanır. ABŞ-ın zənginləşdirilmiş uran ehtiyatının əsas hissəsi də burada saxlanılır.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu