Modern.az

Elmar Qasımov tələbələri mükafatlandırıb

Elmar Qasımov tələbələri mükafatlandırıb

Təhsil

4 İyun 2013, 11:24

Bakı Ali Neft Məktəbində tələbələrin məhrum prezident Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “İnformasiya – kommunikasiya texnologiyalarının  neft-qaz və kimya mühəndisliyində tətbiqi” mövzusunda 1-ci elmi-texniki konfransına yekun vurulub.

Rektor Elmar Qasımov konfransda məzmunlu məruzələri ilə fərqlənmiş tələbələrə Təşkilat Komitəsinin diplomlarını, hədiyyələri və konfransın məruzələrinin çap olunmuş toplusunun nüsxələrini təqdim edib.   Konfrans iştirakçılarından Rəvan Adilov, İrina Bode və Hüsüzadə Fəhmin 1-ci dərəcəli, Azad Abdullayev, Məhərrəm Səfərli və Natəvan Əsgərli 2-ci dərəcəli, Ümid Tərlanlı, Sultan Əliyev, Samir Ağabalayev və Eltun Sadıqov 3-cü dərəcəli diplomlara layiq görülüblər. 7 digər konfrans iştirakçısına həvəsləndirici diplomlar təqdim edilib.  

Təşkilat Komitəsi tərəfindən konfransın yekun iclasında tədbirin təşkilində Ali Məktəbin “Kompüter və informasiya-kommunikasiya texnologiyaları” kafedrasının dosentləri Nailə Allahverdiyevanın və Manafəddin Namazovun fəaliyyəti yüksək qiymətləndirilibdir.   Bakı Ali Neft Məktəbində tələbə elmi-texniki konfranslarının hər il keçirilməsi nəzərdə tutulub.  


Modern.az


 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama