Modern.az

İki maşın toqquşdu - Ölən var 

İki maşın toqquşdu - Ölən var 

23 Fevral 2023, 21:16

Sabirabad rayonunda bir nəfərin ölümü, daha bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.

 

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində rayonun Kürkəndi kəndində yaşayan, 1992-ci iltəvəllüdlü Zamanov Tamerlan Əlizaman oğlu ölüb.

 

Hələlik şəxsiyyəti məlum olmayan digər sərnişin isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Vəziyyəti ağır olduğu üçün onun paytaxt Bakıya göndəriləcəyi gözlənilir.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu