“Yeni Müsavat” qəzetinin əməkdaşı, ilahiyyatçı Kənan Rövşənoğlu Azərbaycanda və digər müsəlman ölkələrində keçirilən dəfn mərasimləri ilə bağlı Modern.az-a danışıb. İlahiyyatçı Azərbaycanda keçirilən yas mərasimlərindəki israfçılıqdan gileylənib:
“Başqa müsəlman ölkələri ilə müqayisədə Azərbaycanda keçirilən dəfn mərasimləri olduqca fərqlidir. Müsəlman qanunlarına görə, 4 əsas ünsür vacibdir. Meyitin yuyulması, kəfənlənməsi, meyit namazının qılınması və dəfn olunması əsas şərtlərdir. Bunlardan savayı görülən işlər adətlərdir. Dünyadan köçmüş insanın ruhunun daha rahat olması üçün xeyir işlər görülür, Quran oxudulur. Azərbaycanda daha çox ehsana fikir verilir. Ehsan müxtəlif cür ola bilər. Böyük məclislər keçirilir, pul yığılır. Bu bir az ehsan mahiyyətindən çıxır. Dini baxımdan axtarsaq, burada günah elementləri də var. Bunlar daha çox sovet dövründə formalaşmış adətlərdir. Əsas odur ki, insan yaxşılıq etsin. Daha yaxşı olar ki, ehsanı ac insanlara paylasınlar. Ölənin adına körpü salmaq, imkansızlara kömək etmək də savab gətirər”.
K. Rövşənoğlunun sözlərinə görə, dünyasın dəyişən insana dəbdəbəli məzarlar düzəltmək adətə çevrilib.
“Ancaq bir neçə xeyirxah işlər var ki, ölü rəhmətə getsə belə, onun üçün savab yazılır.
Digər müsəlman ölkələrində dəfn mərasimləri çox sadə olur. Türkiyədə daha çox Quran oxunur, halva paylanır. Ərəblər isə acı qəhvə verirlər. Bəzi hallarda ehsan da paylayırlar. Onlar daha çox ac insanları doyurmaq məqsədi ilə bunu edirlər. Baş daşı məsələsində də Azərbaycanda israfçılığa yol verirlər. Bunun dinlə əlaqəsi yoxdur. ancaq gedir. İslamın qaydaları var ki, israf etməməlisən”.
Ulduz İBRAHİMOVA