Modern.az

“Qarabağ” Konfrans Liqasında mübarizəni dayandırdı - YENİLƏNİB

“Qarabağ” Konfrans Liqasında mübarizəni dayandırdı - YENİLƏNİB

İdman

24 Fevral 2023, 03:37

“Qarabağ” klubu UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

 

Modern.az xəbər verir ki, onaltıdabir finalda Belçikanın “Gent” klubu ilə qarşılaşan “Köhlən atlar” səfərdə rəqibinə 0:1 hesabı ilə məğlub olub.

 

İlk oyunda “Qarabağ” eyni hesabla qalib gəldiyindən, oyunda əlavə vaxt oynanılıb. İki əlavə vaxtda da hesab açılmayıb. Oyundan sonra təyin olunan penalti zərbələrində daha dəqiq oynayan “Gent” futbolçuları 5:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəliblər.

 

***

UEFA Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Gent”-“Qarabağ” matçı start götürüb.

 

Modern.az xəbər verir ki, Gent şəhərindəki "Gelamko Arena"da keçirilən matçı şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edir.

 

***

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Gent" – "Qarabağ" oyununun start heyətləri açıqlanıb.

 

Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

 

"Gent": 33.Deyvi Rof, 5.Mişel Nqadye-Nqacui, 7.Xönseok Xon, 11.Uqo Kuypers, 13.Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 23.Cordan Torunariqa, 24.Sven Kums, 25.Nurio Fortuna, 29.Loran Depuatr, 31.Bruno Qodo

 

Baş məşqçi: Hein Vanhazebruk

 

"Qarabağ": 23. Luka Quqeşaşvili. 6. Julio Romao, 9. Musa Qurbanlı, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

 

Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzia, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Toral Bayramov, 87. Adama Diakabi, 99. Redon Cica

 

Baş məşqçi: Qurban Qurbanov

 

Qeyd edək ki, Gent şəhərindəki "Xelamko Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!