Modern.az

“Yuventus”, “Sevilya” və “Bayer” 1/8 finalda

“Yuventus”, “Sevilya” və “Bayer” 1/8 finalda

24 Fevral 2023, 00:38

UEFA Avropa Liqasında onaltıdabir final mərhələsinin cavab oyunlarına start verilib.

 

Modern.az xəbər verir ki, ilkin olaraq "Yuventus", "Sevilya", “Bayer” və "Sportinq" rəqiblərindən üstün olaraq səkkizdəbir final mərhələsinə vəsiqə qazanıblar.

 

Cavab görüşlərində “Yuventus” səfərdə “Nant”ı 3:0 (ilk oyun 1:1), “Sportinq” “Müddelland”ı 4:0, “Bayer” isə “Monako”nu 3:2 (İlk oyun 2:3, penaltilərlə) hesabı ilə məğlubiyyətə uğradıblar. “Sevilya” isə səfərdə “PSV”yə 2:0 hesabı ilə uduzub. İlk oyunda öz meydanında rəqibinə 3:0 hesabı ilə qalib gəlmiş “Sevilya” növbəti mərhələyə yüksəlib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu