Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən daxil olmuş məlumata əsasən, 03 iyun 2013-cü il tarixində axşam saatlarında respublikanın bəzi şəhər və rayonlarında güclü qərb küləyi qeydə alınıb.
Gəncə şəhərində və Şəmkir rayonunda küləyin sürəti saniyədə 40 metrə çatıb. İlkin məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Aran, Şimal-qərb və Gəncə Regional Mərkəzlərinin əhatə etdiyi ərazidə müxtəlif təsərrüfat obyektlərinə və infrastrukturlara ziyan dəyib. Hazırda müvafiq komissiyalar yerlərdə dəymiş ziyanı müəyyənləşdirir.
Modern.az