İyunun 4-nə keçən gecə Azərbaycan ordusunun hissələri cəbhənin Kəlbəcər istiqamətində düşmənin mövqelərinə hucuma keçib. Modern.az bildirir ki, bu barədə erməni KİV-ləri xəbər yayıblar.
Ermənistan Müdafiə Nazirliyi bu xəbərləri təsdiq edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Arsrun Ovanesyan bildirib ki, Azərbaycan silahlı qüvvələri sərhəddi gərginlikdə saxlayır.
“Azərbaycan ordusu sərhəddə gərgiginlik yaratmağa cəhd edir. Bununla bağlı bütün məsuliyyəti Azərbaycan üzərində düşür. Son günlər Azərbaycan tərəfinin mövqelərində böyük hesabla götürdükdə ciddi dəyişiklik yoxdur” ”-deyə MN sözçüsü təşvişlə bəyan edib. Ovanesyan bildirib ki, erməni hərbiçiləri müqavmət göstəriblər. O, erməni tərəfinin itkiləri barədə danışmayıb.
Azərbaycan Müdfiə Nazirliyi ilə xəbəri dəqiqləşdirmək mümkün olmayıb.
Modern.az