Modern.az

UEFA-nın ölkələr üçün əmsallar cədvəli YENİLƏNDİ

UEFA-nın ölkələr üçün əmsallar cədvəli YENİLƏNDİ

24 Fevral 2023, 12:46

Avropa Liqası və Konfrans Liqasında fevralın 23-də keçirilən matçlardan sonra UEFA-nın ölkələr üçün əmsallar cədvəli yenilənib.

 

Modern.az xəbər verir ki, “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində Belçikada “Gent”ə məğlub olması (penaltilərlə 5:3, əvvəlki oyun – 1:0) səbəbindən Azərbaycanın xal hesabında dəyişiklik baş verməyib. Ölkəmizin mövqeyi də eyni qalıb. Son beş mövsümün nəticələrinə əsasən, Azərbaycan 16,625 xalla 29-cu sıradadır. Ən yaxın izləyici Qazaxıstanın 12,625 xalı var. 28-ci Slovakiya isə 19,250 xala sahibdir.

 

Ümumiyyətlə, son oyunlar cədvəldə böyük dəyişikliyə səbəb olmayıb. Yalnız Polşa Slovakiyanı geridə qoyaraq 27-ci, Ukrayna isə Norveç və Çexiyanı ötərək 14-cü sıraya yüksəlib.

 

Cədvələ 103, 855 xalla İngiltərə başçılıq edir. İspaniya 2-ci (89,712 xal), Almaniya isə 3-cüdür (80,606 xal).

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?