Modern.az

"Oyuna hazır deyildik" - Qurban Qurbanov

İdman

24 Fevral 2023, 14:14

“Həm heyət, həm də sərəncamımızda olan futbolçuların vəziyyəti baxımından oyuna hazır deyildik”.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində səfərdə Belçika klubu “Gent”ə 0:1 hesabı ilə məğlub olduqları matçla bağlı danışarkən deyib.

 

51 yaşlı mütəxəssis səfərə mərhələ adlamaq üçün yollandıqlarını bildirsə də, rəqibin bəzi komponentlərdə onları üstələdiyini etiraf edib: “Futbolçular qələbə qazanmaq üçün meydanda hər şeyi etdilər. Təəssüf ki, penaltilər seriyası ilə məğlub olduq. Buna baxmayaraq, oyunçularımdan razı qaldım. Belə qarşılaşmalar futbolçuların gələcəyi üçün ancaq faydalıdır. Bu görüş bir daha göstərdi ki, belə böyük turnirlərdə 90 yox, 120 dəqiqə hazır olmaq lazımdır. Avrokubok təcrübəmiz xeyli yaxşılaşıb. Əvvəllər bir hissə oynayırdıq, sonra 60-70 dəqiqəyə gücümüz çatırdı. “Gent”lə görüşdə isə futbolçuların 120 dəqiqə mübarizə aparmağa gücləri çatdı. Rəqibdən çəkinmədən oynadılar. Doğrudur, matçın gedişində bəzi komponentlərdə “Gent” bizi üstələyirdi. İnanıram ki, bu oyun gələcəkdəki avrokubok görüşləri üçün faydalı olacaq”.

 

Q.Qurbanov bəzi futbolçuların formadan uzaq olduqlarını deyib: “Bizə bir müddət ayaq üstə durmaq lazımdır. Düzdür, bəzi oyunçular formalarını yavaş-yavaş bərpa edirlər. Amma belə böyük matçlara tam hazır deyildilər. Buna görə də, matçın gedişində kimsə 45 dəqiqə, kimsə bundan bir az çox meydanda oldu. Komandada disbalans var idi. Yenə də hər şey yaxşılığa doğru gedirdi. Elə dünən də hadisələrin gedişi biz istəyən kimi idi”.

 

O, yeni transferlərin hələ hazır olmamasının məğlubiyyətə təsir göstərdiyini gizlətməyib: “Bu, kiçik səbəblərdən biridir. Uyğunlaşmalarında problem yoxdur. Sadəcə, hazırlıqları istənilən səviyyədə deyil. 7-8 ay idi ki, futbol oynamırdılar. Yaxşı formada olsaydılar, oyunumuzu daha da asanlaşdırardılar”.

 

Qeyd edək ki, “Qarabağ” avrokuboklarda mübarizəni dayandırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi