Modern.az

13 yaşlı qızın zorlanmasına görə 4 nəfər TUTULDU

13 yaşlı qızın zorlanmasına görə 4 nəfər TUTULDU

24 Fevral 2023, 15:39

Salyanın Cadırlı kəndində 13 yaşlı qız zorlanıb. Bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin əməldə təqsirli bilinən 4 nəfər istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunaraq barələrində həbs qətimkan tədbirləri seçilib.

 

Hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanan cinayət işi üzrə polis və prokurorluq əməkdaşları tərəfindən istintaq hərəkətləri davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu