Modern.az

Dostluq qrupunun üzvü: “Çex deputatlar bizi məyus etdi” – MÖVQE

Dostluq qrupunun üzvü: “Çex deputatlar bizi məyus etdi” – MÖVQE

4 İyun 2013, 16:41

“Ermənistandan başqa dünyanın bütün dövlətləri, o cümlədən Çexiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Onların Dağlıq Qarabağa gedən deputatları olsun, siyasətçiləri olsun və ya qeyri-hökümət təşkilatı nümayəndələri olsun, ilk növbədə öz dövlətlərinə hörmət eləmirlər”.

Bunu Modern.az-a Azərbaycan-Çexiya parlamentlərarası dostluq qrupunun üzvü, deputat Musa Quliyev bildirib. “Bu insanlar doğurdan siyasətçidirlərsə, beynəlxalq hüquqa hörmət etməlidirlər. Beynəlxalq hüquq Qarabağı Azərbaycan əırazisi hesab edir. Əgər həmin deputatlar Qarabağa getməyi elə çox istəyirlərsə, Aərbaycana müraciət edib, Azərbaycanın ərazisindən keçib ora getməlidirlər. Bütün bunlar onların özlərinin qeyri-ciddi siyasətçi olmasından xəbər verir. Amma bu o demək deyil ki, kimsə ora gedibsə bu Çexiya dövlətinin və Çexiya xalqının mövqeyidir. Şübhəsiz ki, Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı ciddi münasibət bildirəcək. Çexiya səfirliyinə nota verəcək və Çexiya hökümətinə etirazını bildirəcək. Parlamentlərarası dostluq qrupu olaraq biz də öz müraciətimizi ora göndərəcəyik. Bir daha belə halların təkrarlanmaması üçün onlardan xahiş edəcəyik. Eyni zamanda, hesab edirəm ki, Xarici İşlər nazirliyi Dağlıq Qarabağa səfər edən şəxsləri Azərbaycanda arzuolunmaz şəxs elan etməli və ölkəmizə buraxmamalıdır”, – deyə M. Quliyev bir qrup çex deputatın Dağlıq Qarabağa səfəri ilə bağlı mövqe bildirib.  

 

Vüqar İsmayılov    

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama