Modern.az

Hafiz Hacıyevin partiyasından Milli Şuraya dəstək

Hafiz Hacıyevin partiyasından Milli Şuraya dəstək

4 İyun 2013, 17:35


Bu gün Muasir Musavat Partiyasının sədri Hafiz Hacıyev partiyanın mərkəzi qərargahında MMP Gənclər Təşkilatının üzvləri ilə görüş keçirib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, görüşdə MMP-nin İdarə Heyətinin üzvləri də iştirak ediblər.
Toplantıda Hafiz Hacıyev əvvəlcə partiyanın son günlər gördüyü işlərin xülasəsini verərək, atılan addımların hansı zərurətdən irəli gəldiyini izah etməyə çalışıb.
Partiya sədri bundan sonra görüşün məqsəd və məramını açıqlayıb.
Son günlər ölkə gündəmini məşğul edən yeni yaranmış Milli Şura adlı qurumun hansı məqsədlər üçün təsis edildiyi və kimlərin təsiri altında olduğu haqda gənclərə ətraflı məlumat verən H.Hacıyev bu həssas dövrdə MMP gənclərini ehtiyatlı olmağa və öz çevrələrində olan saf əqidəli gəncləri də bəzi məqamlarda marifləndirməklərini tövsiyyə edib. O, ”Milli Şuranın qarşıdan gələn prezident seçkiləri ilə bağlı ortaya atılmış təxribatdan başqa bir şey deyildir. Həmin qurumda toplaşanlar da illərin sınağından çıxmayan və xalq tərəfindən dəstəklənməyən insanlardır. Bu gün hansısa dövlətin qarşısında öhtəlik götürmüş bu insanların siyasi keçmişini vərəqləsək, görərik ki, şəffaflıqdan əsər- əlamət yoxdur“ deyib.

Daha sonra söz gənclərə verilib. Toplantıda bir qrup gənc Milli Şuranın deyilənlər qədər təhlükəli proyekt olmadığına inandıqlarını bildidiblər və təklif ediblər ki, gələcəkdə bu quruma hər hansısa formada dəstək vermək haqqında fikirləşmək lazımdır. İrəli sürülən təklifləri müzakirəyə çıxarmaq haqda hələlik yekdil qərara gələ bilməyən partiya rəhbərliyi məsələni İdarə Heyətində müzakirə edəcəklərinə söz veriblər.
Toplantının sonunda partiya sədri gənclərə öz tövsiyələrini və tapşırıqlarını verib.
 
Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama