Modern.az

Naxçıvanda yeni TƏYİNAT

Naxçıvanda yeni TƏYİNAT

Aktual

25 Fevral 2023, 10:36

Naxçıvan Muxtar Respublikasının Ordubad Rayon Polis Şöbəsinə rəis təyin edilib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, polis mayoru Tural Cəfərli Ordubad Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

 

Naxçıvan MR daxili işlər naziri Süleyman Neymətov Tural Cəfərlini şöbədə şəxsi heyətə təqdim edib.

 

Qeyd edək ki, dünən Ordubad Rayon Polis Şöbəsinin rəisi Əli Nəbiyev vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir