AzTV-nin məşhur simalarından biri, “Ovqat” verilişinin tanınmış aparıcısı Səyyarə Səyyaf artıq xeyli vaxtdır efirdə görünmür. Hər kəsin maraqla izlədiyi verilişin son vaxtlar başqa aparı ilə ekrana çıxması hamıda belə bir sual doğurub: Səyyarə Səyyaf Ovqat”dan niyə gedib?
Modern.az saytı məsələ ilə bağlı aparıcının özü ilə əlaqə saxlayıb. Səyyarə Sərraf hazırda məzuniyyətdə olduğunu və sentyabr ayında yenidən efirə qayıdacağını bildirib.
“Ailədaxili bəzi işlər var idi, çatdıra bilmədiyim üçün məzuniyyət götürdüm. Həm də yaydır. Bu fəsil veriliş çəkmək o qədər də asan olmur”.
S.Sərraf efirə yeni proyektlərlə qayıdacağını bildirib. “Mahiyyət etibarı ilə yenə də, ədəbiyyat, poeziya olacaq. Amma bir az formatda dəyişiklik etmək istəyirəm” deyə teleaparıcı vurğulayıb.
Aytən ƏLİYEVA