Modern.az

Sülhməramlıların maşın karvanı Laçın yolundan maneəsiz keçdi

Sülhməramlıların maşın karvanı Laçın yolundan maneəsiz keçdi

Ölkə

25 Fevral 2023, 11:54

Bu gün də Rusiya sülhməramlılarına aid minik və yük avtomobillərinin azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən keçidinə şərait yaradılır.

 

Modern.az xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus on doqquz yük, bir minik avtomobili aksiya ərazisindən sərbəst keçərək Laçına gedib.

 

Ekoaksiyanın 76-cı günündə nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım