Modern.az

“Qarabağ” UEFA reytinqində mövqeyini qorudu

“Qarabağ” UEFA reytinqində mövqeyini qorudu

25 Fevral 2023, 13:30

Avrokubokların növbəti oyun həftəsi başa çatıb.

 

Modern.az-ın məlumatına görə, Çempionlar Liqasında 1/8 finalın ilk oyunları, Avropa Liqası və Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulub.

 

Matçlardan sonra UEFA-nın klub reytinqi açıqlanıb. Azərbaycan çempionu “Qarabağ” Belçikada “Gent”ə uduzaraq (0:1, pen. 3:5) mübarizəni dayandırıb. Bu səbəbdən Qurban Qurbanovun komandası xal hesabını artıra bilməyib.

 

Aktivində 25,000 xal olan Ağdam klubunun mövqeyi də dəyişməz qalıb. “Qarabağ” Avropada 66-cı yerə şərikdir. Ağdamlılar bu mövqeni PAOK və “Krasnodar”la bölüşür.

 

Qeyd edək ki, cədvələ hərəyə 132,000 xal yığan “Bavariya” və “Mançester Siti” başçılıq edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub