Modern.az

Hüseyn Abdullayevə görə qardaşı işdən çıxarıldı

Hüseyn Abdullayevə görə qardaşı işdən çıxarıldı

4 İyun 2013, 22:06


“Oğuz Eli” İctimai Birliyinin rəhbəri, sabiq millət vəkili Hüseyn Abdullayev yazdığı “Susma!” adlı yeni əsər-marş  cəmiyyətdə birmənalı qarşılanmayıb.
Əsərlə bağlı verilən açıqlamada bildirilir ki, bu marş son illər ölkədə baş verən haqsızlıqlara, insan hüquq və azadlıqlarının pozulmasına etiraz olaraq qələmə alınıb. Qeyd edək ki, marşın klipində də son illər Fəvvarələr bağında keçirilən aksiyalardakı görüntülərdən istifadə olunub. Mahnının musiqisi ilə yanaşı sözləri də Hüseyn Abdullayevə məxsusdur. H.Abdullayevin yeni əsərini ilk dəfə musavat.com-da yayımlanıb.

Qeyd etdiyimiz kimi cəmiyyətdə birmənalı qarşılanmayan bu əsərlər bağlı müzakirələr açılıb. Xüsusilə sisoal şəbəkələrdə mahnıya reaksiyalar bildirilib və bəzi iqtidaryönlü şəxslər H.Abdullayevi buna görə qınayıblar.

Modern.az saytının məlumatına görə, məsələyə bəstəkarın özü də münasibət bildirməyə  məcbur olub. “Məni başa düsüb, mövqeyimə düzgün qiymət verən insanlara özümün dərin minnətdarliğımı bildirirəm. O ki qaldı öyrədilmiş insanların fikrinə, deməliyəm ki, onlar çox zavallı və dayaz adamlardılar. Mənim onlara cavab yazmağım doğru olmaz”-deyə Hüseyn Abdullayev qeyd edib.

Bu əsər yayılandan bir gün sonra Hüseyn Abdullayevin ailə üzvlərinə qarşı təzyiqlər başlayıb. Bu haqda H.Abdullayev özü musavat.com-a açıqlamasında bildirib. Sabiq millət vəkili həmçinin bununla bağlı yazılı müraciət edib. O, müraciətində xalqa xitab edərək deyir:

“Əziz və çox dəyərli xalqım. Sizə bildirməliyəm ki, dünəndən başlayaraq bu günkü hakimiyyət mənə və ailə üzvlərimə qarşı çirkin şəkildə bir hədə-qorxu və təhdid kampaniyasına start verib. Belə ki, artıq mənim qardaşım Azər Abdullayev əsassız olaraq işdən çıxarılıb və mənim keçmiş biznes fəaliyyətimi yoxlayıb buna qondarma bir cinayət donu geyindirməyə çalışırlar. Bütün bunlar mənim yaradıcılığımla, son günlər yazdığım “Susma” əsəri ilə bağlıdır. Xalqımı ona qarşı olan bütün haqsızlıqlara, ədalətsizliklərə biganə qalmamağa çağırdığım üçün hakimiyyət mənə və ailə üzvlərimə qarşı bu cür cılız təzyiq üsulundan istifadə edir. Mən bildirmək istəyirəm ki, belə metodlarla məni heç bir vaxt öz haqlı mövqeyimdən və əqidəmdən döndərməyə nail olmayacaqlar! Mənə qarşı hansı təzyiq formalarını tətbiq etsələr, yenə də bu gün diktatura rejimində əzab-əziyyət çəkən Azərbaycan xalqının mövqeyindən çıxış edəcəm. Sonadək millətimin yanında olacam, Vətənimin rifahı, azadlığı və firavanlığı üçün əlimdən gələni əsirgəməyəcəm.”

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi