Modern.az

Sərdar Cəlaloğlu qardaşının həbsindən danışdı: “5 ildir əlaqəmiz yoxdur”

Sərdar Cəlaloğlu qardaşının həbsindən danışdı: “5 ildir əlaqəmiz yoxdur”

4 İyun 2013, 22:23


"Qurban Məmmədovun avtomobillə xəsarət yetirdiyi şəxs şikayətçi deyildi. Aralarında barışıq olmuşdu. Amma sonradan barışıq ərizəsini geri götürüb və şikayətçi olub".

Bunu ANS PRESS-ə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilmiş vəkil Qurban Məmmədovun qardaşı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Sərdar Cəlaloğlu Qurban Məmmədovun həbsini siyasi fəaliyyəti ilə izah edib. "Son zamanlar Milli Şurada aktiv siyasi fəaliyyətlə məşğul olurdu. Müəyyən radikal çıxışqlar edirdi. Düzdü qardaşım olsa da, 5 ildi müəyyən səbəblərə görə aramız soyuqdu, əlaqələrimiz kəsilib. Amma həbsində siyasi motivlər olsa onu müdafiə edəcəm", - Sərdar Cəlaloğlu əlavə edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama