Modern.az

Ceyhun Bayramov Lavrovun səfərindən və aksiyadan DANIŞDI

Ceyhun Bayramov Lavrovun səfərindən və aksiyadan DANIŞDI

Ölkə

26 Fevral 2023, 12:00

Azərbaycan tərəfinin legitim tələblərinin cavablandırılmaması Laçın-Xankəndi yolundakı etiraza səbəb olub.

 

Modern.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

 

 “Təəssüf ki, hələ də tələblərin bir hissəsi açıqdır. Aksiya öz axarı ilə davam edir”, - nazir bildirib.

 

Onun sözlərinə görə, daim Beynəlxalq Qızıl Xaç Komitəsi ilə ünsiyyətdədirlər: "Aksiya başlayandan bu gün qədər 3 mindən artıq nəqliyyat vasitəsinin Xankəndi-Laçın yolundan keçməsinə şərait yaradılıb. Həmin nəqliyyat vasitələrinin böyük əksriyyəti sülhməramlılara məxsus yük avtomobilləri olub".

 

C.Bayramov, həmçinin Lavrovun Bakıya səfərindən də danışıb: 

 

"Həftənin əvvəlində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri planlaşdırılır. Səfər çərçivəsində danışıqlarımız olacaq. Rusiya-Azərbaycan gündəliyi genişdir".

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım