Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı suallara aydınlıq gətirib.
Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən B.Səfərov İcra Hakimiyyətinin hazırda Bakıda fəaliyyətini davam etdirdiyini deyib.
O bildirib ki, Şuşa sakinləri Azərbaycanın 58 rayonunda məskunlaşıb: "İcra Hakimiyyəti olaraq onların məsələləri ilə məşğuluq. Əzəldən necə işləmişiksə, yenə də davam edirik. Əhalimiz Şuşaya qayıdanda cənab Prezident necə göstəriş verəcəksə, o da icra olunacaq. Azərbaycanın bütün icra strukturları da əsgər kimi vəzifələrini icra edəcəklər".
"İstədiyim vaxt Şuşaya gedirəm. Sonuncu dəfə 3 ay əvvəl Şuşada olmuşam", - B.Səfərov əlavə edib.