Modern.az

Azarkeşlər etiraz etdi, Baxçalı istefa verdi 

Azarkeşlər etiraz etdi, Baxçalı istefa verdi 

26 Fevral 2023, 23:32

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı "Beşiktaş" futbol klubunun üzvlüyündən istefa verib.

 

Modern.az xəbər verir ki, bu barədə partiyanın sədr müavini İsmail Özdemir məlumat yayıb.

 

O bildirib ki, Baxçalının istefasına səbəb "Beşiktaş" - Fraport TAV Antalyaspor matçı zamanı azarkeşlərin səsləndirdiyi şüarlar olub.

 

"Fəlakətdən sonra futbol matçlarını izləmək bəhanəsi ilə tribunaları qıcıqlandıran bəzi hərəkətlər şəhidlərimizə və millətimizə böyük hörmətsizlikdir. Bu gün oynanan matçda zəlzələ şəhidlərimizə qarşı sistematik hörmətsizlik "Beşiktaş"a yaraşmadı və milli mənəvi dəyərlərimizə qarşıdır. Hörmətli sədrimiz bu gündən etibarən "Beşiktaş" üzvlüyündən istefa verdi", - açıqlamada qeyd olunub.

 

Akif İsmayılov 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü