Modern.az

Direktor təyinatları ciddi araşdırmalarla aparılmalıdır - DEPUTAT

Direktor təyinatları ciddi araşdırmalarla aparılmalıdır - DEPUTAT

27 Fevral 2023, 11:20

“Ötən həftə Biləsuvar rayonundakı təhsil müəsssisəsində direktorla kollektiv arasında baş vermiş qarşıdurmanı əks etdirən videogörüntü bir daha məktəblərə direktor təyinatına olduqca həssas yanaşılmasının vacib olduğunu göstərir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.


“Əvvəlki müsahibələrimdə də bu məsələyə xüsusi toxunmuşdum. Direktorların təyinatı tam obyektiv, ciddi araşdırmalar aparılaraq, ayrı-seçkiliyə yol verilmədən, tam şəffaf və tapşırıqsız həyata keçirilməlidir.

Son hadisə ağıllara belə bir sualı da gətirir: neçə məktəbimizdə bu düşüncə, tərbiyə və təfəkkürdə müəllim və direktor var?

Biləsuvardakı hadisə bir daha göstərdi ki, prosesə yenidən baxılmalı, bu vəzifəyə uyğun olmayan, dolayı yollarla direktor təyin olunan şəxslər mütləq vəzifədən uzaqlaşdırılmalıdır”, - deputat vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü