Dağlıq Qarabağ münaqişəsi Rusiya-Avropa Birliyinin plenar sessiyasında müzakirə olunacaq. Modern.az İTAR-TASS-a istinadən xəbər verir ki, Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompey, Avropa Komissiyasının sədri Xose Manuel Borozonun görüşdə iştirak edəcək. Rusiya nümayəndə heyətinə isə prezident Vladimir Putin rəhbərlik edəcək. Eyni zamanda tərəflər arasında ticarət, enerji, hava nəqliyyatı haqqında müzakirələr olacağı da gözlənilir. Həmçinin görüşdə Suriya böhranı, Mərkəzi Asiya və Gürcüstandakı vəziyyətin diskussiya obyekti olacaq.
Aqşin Kərimov