Modern.az

“Elm haqqında” qanun layihəsinə Milli Məclisin payız iclasında baxılacaq

 “Elm haqqında” qanun layihəsinə Milli Məclisin payız iclasında baxılacaq

Parlament

5 İyun 2013, 12:04

““Elm haqqında” qanun layihəsi hazırda gündəmdədir. Hesab edirəm ki, layihə komitədə müzakirə olunduqdan sonra plenar iclasa təqdim olunacaq” Bu barədə Modern.az-a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, professor Musa Qasımlı məlumat verib. Deputat bildirib ki, sözügedən qanun layihəsi ilk öncə ictimai müzakirəyə çıxarılmalıdır:

“”Elm haqqında” qanun layihəsi hazırlanıb. Müzakirəsi gözlənilir. Amma fikrimcə, ilk olaraq ictimai müzakirələrin keçirilməsi faydalı olardı. Layihə komitədə müzakirə olunduqdan sonra plenar iclasda müzakirə üçün təqdim ediləcək. Amma komitədə nə zaman müzakirə ediləcəyi barədə sizə məlumat verə bilmirəm. Bu məsələ gündəmdədir”-deyə M.Qasımlı qeyd edib.

Millət vəkilinin sözlərinə görə,  ““Elm haqqında” qanun layihəsinin Milli Məclisin iyun ayında nəzərdə tutulan növbədənkənar sesiyasında müzakirəsi zaman baxımından mümkün deyil.

“Sözügedən qanun layihəsinin nə zaman müzakirəyə çıxarılacağı haqda bir söz deyə bilmərəm. Fikrimcə, növbədənkənar sessiyada bunu müzakirəyə çıxaramaq zaman baxımından çatdırmaq çətin olar bilər”.

Anar RÜSTƏMOV 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...