Modern.az

Müəllimlərin 25%-i 1000 manatdan çox maaş alacaq - NAZİR

Müəllimlərin 25%-i 1000 manatdan çox maaş alacaq - NAZİR

Təhsil

27 Fevral 2023, 15:16

Son artımla müəllimlərin orta aylıq maaşı 790 manata çatıb.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

 

Nazir bildirib ki, son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqısı 3 dəfə artıb:

 

"Həmin müddət ərzində vəsait 267 manatdan 790 manata qədər artıb. Ötən il sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlər 1195 manat maaş alır. Ölkə üzrə 2026-ci ilə qədər 910 manata çatdırılması nəzərdə tutulur".

 

Nazirin sözlərinə görə, fevralın 1-dən etibarən ümumtəhsil müəssisələrində çalışan müəllimlərin 25%-dən çoxu 1000 manat və daha yuxarı maaş alacaq. Həmin müəllimlərin dərs saatı 26-dan çoxdur.

 

Xatırladaq ki, fevralın 1-dən diaqnostikası aparılan müəllimlərin maaşı 10 faiz artırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı