Modern.az

MİQ-də imtahan müddəti ARTIRILIR

MİQ-də imtahan müddəti ARTIRILIR

Təhsil

27 Fevral 2023, 15:28

Müəllimlərin işə qəbul imtahanlarının vaxtı uzadılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

 

Nazir bildirib ki, bu il MİQ imtahanlarında iştirak edən namizədlərə 30 dəqiqə əlavə vaxt veriləcək: "MİQ imtahanlarını təhlil etdik. Əlavə 30 dəqiqə vaxt verəcəyik. İmtahan vaxtı 2 saat 30 dəqiqə olacaq".

 

Qeyd edək ki, bundan əvvəl imtahan 120 dəqiqə idi, dəyişiklikdən sonra 150 dəqiqə olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir