Bu müəllimlər sertifikasiya imtahanına cəlb olunacaq

Bu müəllimlər sertifikasiya imtahanına cəlb olunacaq

27 Fevral 2023, 15:32

Bu il bütün ölkə üzrə ibtidai sinif müəllimləri sertifikasiya imtahanına cəlb olunacaq.

 

Modern.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

 

Nazir bildirib ki, ölkə üzrə Azərbaycan dili və Ədəbiyyat müəllimlərinin sertifikasiya imtahanına cəlb edilməsi planlaşdırılır.

 

“Sertifikasiya yalnız müəllimlərin imtahan verməsi yox, həm də onların maaş artımı deməkdir. Sertifikasiya imtahanında əlavə 30 dəqiqə vaxt verilməsi planlaşdırılır”, - deyə qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə prezident seçkisində son durum: İlk açıqlama gəldi