Modern.az

Universitetlərimiz niyə top 500-ə düşə bilmir? - Nazir açıqladı

Universitetlərimiz niyə top 500-ə düşə bilmir? - Nazir açıqladı

Təhsil

27 Fevral 2023, 16:12

Azərbaycan Dillər Universiteti, Memarlıq və İnşaat Universiteti, Texniki Universitet çox dar profilli universitetlərdir. Universitet mahiyyət etibarilə müxtəlif fakültələri özündə birləşdirməlidir. Biz isə institutların adını dəyişməklə universitet adlandırmışıq.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

 

Onun sözlərinə görə, ölkəmizdə universitetlər dar profilli olduğu üçün dünyanın top 500 ali məktəbi siyahısına düşə bilmir:

 

"Milli Konservatoriya, Bakı Musiqi Akademiyası dünyanın top 500 universiteti arasında olmağa layiqdir, amma təəssüf ki, onları o siyahıda görə bilməyəcəyik. Çünki, universal deyillər. Yaxud da dil üzrə ixtisaslaşmaq baxımından Bakı Slavyan Universiteti o siyahıda ola bilərdi, amma universal olmadığı üçün siyahıdan kənar qalır.  O sıraya qismən geniş profilli Bakı Dövlət Universiteti düşə bilərdi, amma onun da tibb fakültəsi yoxdur. Buna görə, ölkəmizin ali təhsil müəssisələrinin adlarını top 500 siyahısında görmək çətindir".

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü