Modern.az

Bakcell Azərbaycan bazarının ən qabaqcıl şəbəkəsinə çevrilib

Bakcell Azərbaycan bazarının ən qabaqcıl şəbəkəsinə çevrilib

5 İyun 2013, 12:24

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz müştərilərini yüksək keyfiyyətli xidmət və öz sinfində ən yaxşı şəbəkə ilə təmin etmək üçün ən son texnologiyalardan istifadə edir. Bakcell, Nokia Siemens Networks şirkəti ilə birgə PCRF (policy charging and rules function) texnologiyası üzərində qurulmuş internet trafik və xidmətin idarə edilməsi sistemini tətbiq edib ki, bu da öz növbəsində Bakcell şəbəkəsini Azərbaycan bazarında ən qabaqcıl şəbəkəyə çevirib.

PCRF texnologiyası Bakcell şirkətinə son istifadəçilərin ehtiyaclarına cavab verən xidmət planlarının istifadəsi ilə yanaşı, xidmət keyfiyyətinin real zamanda təmin edilməsində kömək edəcək. İndi Bakcell müştəriləri “bandwidth-on-demand” və ötürmə qabiliyyəti siyasətləri, data sıxlığının azaldılması ilə şəbəkə resurlarının dürüst və mütənasib şəkildə bölüşdürülməsi, vaxt, yer, istifadə, tətbiqetmə və s. üzərində qurulmuş daha dənəli və dinamik xidmət planları, xüsusiləşdirilmiş və maraqlı xidmətlər, dəyişən  həyat tərzi və tendensiyalara uyğunlaşa bilən fərdiləşdirilmiş müştəri təcrübəsi, sürətdən asılı olan tətbiqetmələrin (video streaming, YouTube  və s.) istifadəsi zamanı son istifadəçilər üçün müvafiq sürətin təmin edilməsi kimi qabaqcıl funksiya və imkanlardan yararlana biləcəklər.

“Abuniçilərimiz Facebook, vKontakte, video streaming, Skype mesajlaşması, ani mesajlaşma, fayl ötürməsi, musiqi yüklənməsi və s. kimi müxtəlif onlayn xidmətlərdən istifadə edirlər.  Tətbiqetmə və xidmətlərin müxtəlifliyi səbəbindən, smart trafik və xidmət keyfiyyətinin idarə edilməsi Bakcell şirkətinin başlıca vəzifələrindən birinə çevrilib. Bu etibarlı və peşəkar sistem şəbəkə resurlarının son istifadəçilər arasında dürüst şəkildə bölüşdürülməsi, istifadəçiləri müxtəlif xidmət seçimləri və optimal sürət, və yüksəksürətli internet ilə təmin edilməsi məqsədi ilə Bakcell şirkətinin texniki şöbəsinin səyləri nəticəsində tətbiq edilib”, deyə Bakcell şirkətinin baş texniki direktoru cənab Yigit Berktaş bildirib. 2013-cü ildə Bakcell şirkəti Nokia Siemens Network şirkəti ilə birgə internet və xidmət trafikin idarə edilməsi ekosistemini daha da qabaqcıl funksiyaların tətbiqi vasitəsilə tam yeni bir səviyyəyə qədər inkişaf etdirəcək.  

*** 

Bakcell haqqında 

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.  Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama