Modern.az

Zəlzələnin Türkiyəyə vurduğu ziyan açıqlandı

Zəlzələnin Türkiyəyə vurduğu ziyan açıqlandı

İqtisadiyyat

27 Fevral 2023, 21:33

Türkiyədə baş verən zəlzələlər ölkə iqtisadiyyatına 34.2 milyard dollar ziyan vurub.

 

Modern.az xəbər verir ki, bu barədə Dünya Bankının Türkiyə üzrə direktoru Humberto Lopez məlumat verib.

 

O qeyd edib ki, dəyən ziyan Türkiyədə ÜDM-nin 4%-nə bərabərdir.

 

Bundan əvvəl dağıdıcı zəlzələnin ölkəyə 100 milyard dollar ziyan vurduğu bildirilirdi.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza