Modern.az

Türkiyə hökuməti “Twitter” və“Facebook” fədailərinin axtarışını elan edib - 25 nəfər saxlanılıb

Türkiyə hökuməti “Twitter” və“Facebook” fədailərinin axtarışını elan edib - 25 nəfər saxlanılıb

5 İyun 2013, 13:54


8 gündür davam edən “Gəzi parkı” iğtişaşları ilə bağlı fərqli məlumatlar yayılır. Türkiyə rəsmiləri aksiyalara görə daxili və xarici düşmənləri qınayır. Meydanlara axışan kütlə baş nazir Ərdoğanın istefasını tələb edir. Hadisələrin görünən və görünməyən təfərrüatları ölkə və xarici medialarda müzakirə edilir.

Modern.az-ın məlumatına görə, hadisələrin nisbətən sönükləşdiyi son iki gündə Türkiyə hökuməti sosial şəbəkələrə diqqət ayırıb. Sosial şəbəkələrdə xüsusi aktivlik göstərən şəxslərin saxlanılması istiqamətində təxirəsalınmaz əməliyyatlar həyata keçirir. Bu barədə məlumatı türk mətbuatı yayıb. Məlumata görə, Taksim meydanındakı Gəzi parkı olayları barədə sosial şəbəkələr vasitəsilə yalan məlumatlar yayıb, xalqı hökumətə qarşı qaldıran 38 nəfər barəsində ittiham irəli sürülüb. Hazırda şübhəli bilinənlərin 25-i saxlanılıb. Digər 13 nəfər barəsində axtarış tədbirləri davam edir. Onlar haqqında  hansı qərarın qəbul eduiləcəyi hər kəsin diqqət mərkəzindədir. 

Maraqlıdır ki, CHP-nin İzmir bölgə başçısı Ali Ergin və saxlanılanların qohumları Mütəşəkkil Cinayətlə Mübarizə (MCM) şöbəsinə gəliblər. CHP nümayəndəsi saxlanılanlar haqqında məlumat əldə etmək üçün bura gəldiyini bildirib. O, jurnalistlərə açıqlamasında deyib: “Saxlanılan şübhəlilər arasında partiya mənsublarımız yoxdur. Amma bütün izmirlilər bizi maraqlandırır. Əgər bu cinayətdirsə, bunu biz izmirlilər bir yerdə etmişik. Önəmli bir şey olduğunu güman etmirəm. Biz ədalətsizlik olmasın, insan haqları tapdanmasın deyə, burdayıq”.

 

Elçin AĞAYEV

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama