QAT sədri Akif Nağı Mingəçevirdə məskunlaşmış ağdamlı məcburi köçkünlərin müraciəti, ağdamlıların polis rəisi Ələsgər Bədəlov tərəfindən təhqir olunması ilə bağlı daxili İşlər naziri Ramil Usubova məktub göndərib. QAT-dan Modern.az-a verilən məlumata görə, A.Nağının məktubinda göstərilir:
”Mingəçevir şəhərində məskunlaşmış bir qrup ağdamlı məcburi köçkün Qarabağ Azadlıq Təşkilatına müraciət edərək polis rəisi, polkovnik Ələsgər Bədəlovun heç bir ölçüyə sığmayan hərəkəti və sözləri ilə bağlı məlumat verib. Bu başabəla polis rəisi Mingəçevir Polis İdarəsinin iclasında ağdamlı köçkünlərin ünvanına təhqiramiz sözlər işlədib, sonra isə bildirib ki, “ermənilər gərək ağdamlıların hamısını qıraydı ki, gəlib bura çıxmayaydılar”. Onun bu sözlərinə orada iştirak edən polis əməkdaşlarından da etiraz edənlər olub.