Modern.az

Ermənistan Tehran üçün əla fürsətdir - İranlı nazir

Ermənistan Tehran üçün əla fürsətdir - İranlı nazir

Dünya

28 Fevral 2023, 10:38

"Ermənistan İran üçün Avrasiya İqtisadi İttifaqının bazarına çıxmaq üçün əla fürsətdir".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu İrəvanda səfərdə olan İranın kooperasiya, əmək və sosial təminat naziri Seyid Soulat Mortazavi deyib.

 

Ermənistan ərazi-idarəetmə naziri Qnel Sanosyanla görüşən İran rəsmisi bildirib ki, iki ölkə arasında yaxşı əlaqələr qurulub, lakin işi davam etdirmək və ticarəti artırmaq lazımdır.

 

O qeyd edib ki, İran şirkətləri Ermənistanda avtomobil yolları, dəmir yolları və tunellərin tikintisində də iştirak etməyə hazırdırlar.

Bu xəbər ilə bağlı
İran 44 günlük müharibədə əlil olan erməniləri müalicə edəcək
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu