“Brüsseldə rəsmi səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyətinin bir sıra görüşləri olacaq”. Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Nümayəndə heyətimiz həmçinin Avropa Parlamentində olacaq və təşkilatın prezidenti Martin Şutzla görüşəcəklər. “Avropa parlamentinin xarici əlaqələr komitəsinin sədrilə də görüş olacaq. Daha sonra dostluq qrupunun üzvlərilə görüş keçiriləcək. Azərbaycan nümayəndə heyəti həm də Avropa İttifaqı Şurasında olacaq”.
Xatırladaq ki, Milli Məclisin spikeri Oqtay Əsədov Brüssel şəhərində səfərdədir.
Namidə Bingöl