Modern.az

Xalidə Xaliddən ilk AÇIQLAMA: “Narahat olmayın, yaxın günlərdə gələcəm”

Xalidə Xaliddən ilk AÇIQLAMA:  “Narahat olmayın, yaxın günlərdə gələcəm”

5 İyun 2013, 15:41


Aprelin  30-da İranda həbs olunan AMEA-nın elmi işçisi ailəsinə zəng vurub. Bu barədə Modern.az-a Xalidə Xalidin qızı Ləman Məmmədova məlumat verib. L.Məmmədovanın sözlərinə görə, Xalidə Xalid dünən axşam saatlarında ev telefonuna zəng vuraraq narahat olmamalarını bildirib.

“Anam axşam zəng vurmuşdu. Çox danışa bilmədik. Bir kəlmə dedi ki, narahat olmayın səfirlikdəyik. Yaxın günlərdə gələcəyik. Başqa danışmağa imkan olmadı”-deyə Xalidə Xalidin qızı bildirib.

Xatırladaq ki, Xalidə Xalid aprelin 30-da İranda xüsusi xidmət orqanları tərəfindən saxlanılaraq casusluqda ittiham edilirdi. X.Xalid və sürücüsü Şamxal Hüseynov Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin İrana səfərindən sonra azadlığa buraxılıblar.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama