Modern.az

Ağdamın 25 faizi minalardan təmizlənib

Ağdamın 25 faizi minalardan təmizlənib

Qarabağ

28 Fevral 2023, 13:44

"Ağdam rayonunun 25 faizi mina və partladılmamış sursatlardan təmizlənib".

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.

 

Onun sözlərinə görə, ötən illər ərzində Ağdam rayonu üzrə 16 min hektardan çox ərazi mina və partladılmamış hərbi sursatlardan təmizlənib:

 

"Bu ilin planına uyğun olaraq daha 10 min hektardan çox ərazi təmizlənərək adiyyəti üzrə təhvil veriləcək. Təxminən Ağdam rayonunun 25 faizi mina və partladılmamış sursatlardan təmizlənib. Rayonda artıq bir sıra lahiyələr yekunlaşıb".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi