Modern.az

Türkiyə iqtisadiyyatı ötən il 5.6% böyüyüb

Türkiyə iqtisadiyyatı ötən il 5.6% böyüyüb

İqtisadiyyat

28 Fevral 2023, 14:00

Türkiyə iqtisadiyyatı 2022-ci ildə əvvəlki illə müqayisədə 5.6% böyüyüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatının (TÜİK) yaydığı məlumatda bildirilir.

 

Qeyd olunub ki, 2022-ci ildə ölkədə adambaşına düşən Ümumi Daxili Məhsul (ÜDM) 176 min 589 lirə və ya 10 655 dollar olub. ÜDM 2022-ci ilin dördüncü rübündə əvvəlki ilin eyni rübünə nisbətən 3,5% artıb.

 

ÜDM-i təşkil edən sahələr arasında yeganə kiçilən sektor tikinti olub. Tikinti sektoru ötən il 8,4 faiz azalıb, sənaye 3,3 faiz, kənd təsərrüfatı sektoru isə 0,6 faiz artıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama